fbebb1a2-fcb8-43a0-a846-9ea2783e537f..jpg

Pikenin Şakiraya cavabı gecikmədi

Baxış sayı: 2. 842 dəfə baxılıb.

Pikenin Şakiraya cavabı gecikmədi

Dünya şöhrətli müğənni Şakira yeni mahnısında ona xəyanət edən keçmiş həyat
yoldaşı, ulduz futbolçu Pikeyə mesaj göndərib.

O, “Music Sessions #53” mahnısında Pikeyə ünvanladığı ehtimal olunan “Rolex”i
“Casio”ya dəyişdin”deyib .

Pikenin bu sözlərə cavabı gecikməyib.

“Casio” heyrətamiz saatdır, onu ömür boyu taxa bilərsiniz”, – cavabını verib.

Qeyd edək ki, Pike dünyaca məşhur saat markası “Casio” ilə də sponsorluq
müqaviləsi imzalayıb.

Xatırladaq ki, ulduz cütlük 2022-ci ilin yayında futbolçunun xəyanətindən
sonra ayrılıb. Məlumata görə, Pike hələ Şakira ilə münasibətdə olarkən başqa
bir qızla – prodüser şirkətində işləyən 23 yaşlı tələbə Klara Çia Marti ilə
görüşməyə başlayıb.

Mənbə: Haber Global

Source link