6b9931af-b110-4ad5-bf19-616f66545dc9..jpg

Pirallahı Sənaye Parkında dərman istehsalı zavodunun təməli qoyulub – FOTO/VİDEO

Baxış sayı: 471 dəfə baxılıb.

Pirallahı Sənaye Parkında dərman istehsalı zavodunun təməli qoyulub –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing
Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma
mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov,
Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağçı, şirkətin rəhbəri
Abidin Gülmüş, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, bu il iyulun 31-də nazirliyə məxsus “Azərbaycan İnvestisiya
Şirkəti” ASC, Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret Anonim
Şirkəti” və “SİA Pharmaceutical” MMC arasında Pirallahı Sənaye Parkında
əczaçılıq zavodunun yaradılması üzrə Tərəfdaşlıq və Birgə İştirak Müqaviləsi
imzalanıb. Sənədə əsasən görülən işlər nəticəsində bu gün Parkın 7,8 hektar
ərazisində dərman istehsalı zavodunun təməli qoyulur.

Müəssisədə Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə 42 adda müxtəlif
doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq. İnşa ediləcək
zavodun investisiya dəyəri 59,3 milyon manatdır. Müəssisədə 165 nəfər daimi
işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlamasından sonra ölkədə bir sıra
əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan
asılılıq azaldılacaq. İllik istehsal gücü 50 milyon qutu nəzərdə tutulan
zavodda istehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, “Made
in Azerbaijan” brendi ilə region ölkələrinə də ixracı planlaşdırılır.

Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ildə yaradılmış Pirallahı
Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman
vasitələrinə olan tələbatının ödənilməsinə, istehsalın lokallaşdırılmasına və
məşğulluğun təşviqinə töhfə verir. Parkda ümumi investisiyalarının həcmi
təqribən 115 milyon manatdan çox 6 sahibkarlıq subyektinə rezidentlik statusu
verilib. İndiyə qədər rezidentlər Parka 37 milyon manata yaxın investisiya
yatırıb, 120-dən çox daimi iş yeri yaradıb. Artıq qeydiyyata alınmış 6
rezidentdən ikisi fəaliyyət göstərir.

İlaç şirketlerimizden #Genİlaç
’ın
Azerbaycan Yatırım Şirketi AIC ve SİA ortaklığıyla 60 Milyon Manat (35 Milyon
$)’lık İlaç yatırımının temelini Bakü Pirallahı Sanayi Parkındaki📍 Ekonomi
Bakanı sayın Mikail Cabbarov ve ilgililerle birlikte attık. Hayırlı ve
bereketli olsun.…pic.twitter.com/s6yunfhxkv
— Cahit Bağcı (@cahitbagci) December 7, 2023

Source link