6eb7f601-747d-4327-8aeb-c05698788f60..jpg

Pirallahıda “Makarov” satmaq istəyən şəxs tutuldu – VİDEO

Baxış sayı: 1. 114 dəfə baxılıb.

Pirallahıda “Makarov” satmaq istəyən şəxs tutuldu – VİDEO

Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları
tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu
silah-sursat saxlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tədbir zamanı əvvəllər məhkum olunmuş Samir Əliyev tutularaq istintaqa təqdim
olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1
ədəd daraq və 5 ədəd patron aşkar edilib. Samir Əliyev odlu silah-sursatı bir
müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə
özündə saxladığını bildirib.

Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


Source link