Pirallahıda tanışını öldürənə ağır cəza verilib

Pirallahıda tanışını öldürənə ağır cəza verilib

Baxış sayı: 3. 135 dəfə baxılıb.

Pirallahıda tanışını öldürənə ağır cəza verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran rayon sakini Zahid Məmiyevin CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il iyunun 3-də Pirallahı qəsəbəsinin Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Faktla bağlı rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hadisədən 5 gün sonra Pirallahı RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

Məhkəmə işin hallarını araşdırıb, hesab edib ki Z.Məmiyevin əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunmalıdır. 

Məhkəmənin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 18 il cəza təyin edilməsini xahiş edib.

www.ÇıxışYolu.Com