Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran rayon sakini Zahid Məmiyevin CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il iyunun 3-də Pirallahı qəsəbəsinin Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Faktla bağlı rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hadisədən 5 gün sonra Pirallahı RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.
Məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxsə 18l cəza təyin edilməsini xahiş edib.
Z.Məmiyevin vəkili müdafiə çıxışı ümün məhkəmədən vaxt istəyib.
Növbəti proses iyunun 29-na təyin edilib.