“Milan”, “Yuventus” və “İnter” kimi klubların formasını geyinmiş sabiq yarımmüdafiəçi Andrea Pirlo İtaliya yığmasında Roberto Mançiniyə yardım edəcək.
ÇıxışYolu.Com bununla bağlı Calciomercato.com-a istinadla məlumat verir.
Hazırda Rusiyanın “Zenit” klubunun baş məşqçisi olan Mançinin mayın 20-də İtaliya yığmasının sükanı arxasına keçəcəyi gözlənilir. 38 yaşlı Pirlo ilk dəfə məşqçilik edəcək.
Qeyd edək ki, İtaliya millisinin tərkibində 2006-cı ildə dünya çempionu olmuş futbolçu 2017-ci ilin oktyabrında karyerasını başa vurduğunu açıqlamışdı.