Bakının Pirşağı qəsəbəsi çimərliyində 2 nəfər dənizdə batıb.
“Report”in məlumatına görə, Abşeron rayonunun Məmmədli kəndindən olan gənclər dənizə yollanıblar.
Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfərdən 6-sı xilas edilib. Lakin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda onların axtarışı davam edir.