ABŞ-da sahib 14 il ayrılıqdan sonra pişiyini tapıb.
ÇıxışYolu.Com-ın verdiyi məlumata görə, qovuşma haqqında “USA Today” nəşriyyatı yazıb.
Florida ştatının Fort-Pirs şəhərindən olan Perri Martin 14 il əvvəl Tomas Younger və ya T2 ləqəbli pişiyini itirib. Perri o vaxt dağıdıcı bir qasırğa səbəbindən başqa bir şəhərə köçmək məcburiyyətində qalıb.
O, özü ilə ev heyvanını götürüb, lakin köçdükdən sonra pişik qaçıb. Axtarış heç bir nəticə verməyib və sahib güman edib ki, Toması maşın vurub.
O vaxtdan bəri Perri bir neçə dəfə köçüb, lakin daha sonra məmləkətinə qayıdıb. Heyvan sığınacağının əməkdaşı Toması küçədən götürüb, sığınacağa göndərib və onun barəsində axtarış aparıb.
İşçilər çox təəccübləniblər ki, pişiyi 14 ildə heç kim götürməyib, baytarlara və ya sığınacaqlara göndərməyib.
Nəticədə, 60 yaşındakı Perriyə 16 il əvvəl pişiyin çipini çəkən baytar zəng edib və tapıldığını deyib. Adamın sözlərinə görə, “xoşbəxtlikdən göyün yeddinci qatında”dır, o, bütün bu illərdə pişiyin nə etdiyini bilmək istəyir:
“Heç olmasa, ona 15 dəqiqə danışmaq qabiliyyəti verilsəydi və o, başına gələnlər barədə danışmağı bacara bilsəydi, yaxşı olardı. Yəqin ki, o da məndən soruşardı: “Ata, niyə mənim üçün qapını açmadın?”, – deyə sahibi bildirib.
Əvvəlcə pişik qida və sudan imtina edib və günün çox vaxtını yatıb. Lakin sahibi ilə qovuşmasından on gün sonra heyvan yavaş-yavaş onu xatırlamağa başlayıb:
“Mən mütləq elə edəcəyəm ki, o, ömrünün sonuna kimi rahat yaşasın. Onun sümükləri çıxır və 18 yaşındadır, amma hələ də mənim T2-dir”, – deyə Perri bildirib.