Pişik Beşiktaşı çətin vəziyyətdə qoydu – VİDEO

Pişik Beşiktaşı çətin vəziyyətdə qoydu – VİDEO

Baxış sayı: 6. 584 dəfə baxılıb.

UEFA Türkiyənin “Beşiktaş” futbol klubuna qarşı intizam işi açıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Ali futbol qurumunun mətbuat xidmətinin məlumatına görə, İstanbul komandası Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçının gedişində (qeyd:“Bavariya” klubuna qarşı) UEFA reqlamentinin 3 müddəasını pozmaqda ittiham olunur.

Xüsusilə  “Beşiktaş” azarkeşlərinin yaşıl meydana kənar əşyalar atması göstərilir.  Bundan başqa klub rəhbərliyi matçın aşağı səviyyədə təşkil edilməsində ittiham olunur.

UEFA eyni zamanda oyun zamanı pişiyin meydana daxil olması faktını araşdıracaq.

Nəzarət-intizam komitəsinin iclası mayın 31-də keçiriləcək.

.
www.ÇıxışYolu.Com