ec9ed546-e2ac-4499-ab53-396639b75b69..jpg

Piyada keçidindəki problem uzun illərdən sonra HƏLL EDİLDİ – VİDEO

Baxış sayı: 367 dəfə baxılıb.

Piyada keçidindəki problem uzun illərdən sonra HƏLL EDİLDİ – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda piyada keçidində uzun müddət davam edən problem aradan qaldırılıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Nərimanov rayonu, Təbriz və
Ağa Nemətulla küçələrinin kəsişməsindəkı piyazda zolağından gedir.

Burada Təbriz küçəsindən Ağa Nemətulla küçəsinə sağa dönən zaman işıqforun
yaşıl işığı həm nəqliyyat vasitələri, həm də piyadalar üçün eyni vaxtda
yandığından qəza şəraiti yaranırdı.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları ərazidə
təhlillər apararaq hərəkətin təşkilində dəyişiklik ediblər.

İşıqforun iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib və yol hərəkəti
iştirakçılarının təhlükəsiz hərəkəti təmin edilib.

Kəsişmədə edilən dəyişiklikdən sonra yolda sıxlığın qarşısı da qismən alınıb.

Ətraflı süjetdə:


Source link