Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Ceyhun Şirəliyevin Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il iyulun 13-də Binəqədi rayonu ərazisində, Ceyhun Şirəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusunu dayanacaqda arxaya verərkən Bakı şəhər sakini Eldar Kərimovu vurub.
Nəticədə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən zərərçəkmiş orada keçinib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.