Piyadanı öldürən dünya çempionu azadlığa çıxdı

Piyadanı öldürən dünya çempionu azadlığa çıxdı

Baxış sayı: 2. 620 dəfə baxılıb.

Piyadanı öldürən dünya çempionu azadlığa çıxdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Urxan Orucovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

ÇıxışYolu.Com xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, U.Orucov 4 il 2 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. 

O, məhkəmə iclas zalından azadlığa buraxılıb. 

Qeyd edək ki, bu il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. Naməlum avtomobilin vurduğu 31 yaşlı S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Hadisəni törədən sürücünün U.Orucov olması müəyyən edilib və o həbs olunub. 

Qeyd edək ki, U.Orucov kikboksinq və kunq-fu idman növləri üzrə 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com