Piyadanı öldürüb qaçan sürücü tutuldu

Piyadanı öldürüb qaçan sürücü tutuldu

Baxış sayı: 2. 535 dəfə baxılıb.

Piyadanı öldürüb qaçan sürücü tutuldu

Aprelin 6-da paytaxtın Abşeron rayonu ərazisində insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü istintaqa cəlb olunub.

ÇıxışYolu.Com-ın məlumatına görə, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində naməlum avtomobilin sürücüsü yolun kənarı ilə hərəkət edən piyada – 1987-ci il təvəllüdlü Faiq Həsənovu vuraraq hadisə yerindən qaçıb.

F.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Araşdırmalar nəticəsində hadisənin Müşfiq Həsənov tərəfindən “Hyundai Elantra” markalı avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Aprelin 9-da M.Həsənov barəsində həbs-qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam etdirilir.