Piyadanı vurub öldürən sürücü ilə bağlı qərar açıqlandı

Piyadanı vurub öldürən sürücü ilə bağlı qərar açıqlandı

Baxış sayı: 4. 138 dəfə baxılıb.

Piyadanı vurub öldürən sürücü ilə bağlı qərar açıqlandı

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emin Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti və protesti üzrə məhkəmə başa çatıb. 

Bu barədə ÇıxışYolu.Com-a E.Həsənovun vəkili Əli Hüseynov məlumat verib.

O deyib ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin şikayəti təmin edilməyib. 

Birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb. 

Xatırladaq ki, Sabunçu Rayon Məhkəməsinin hökmü ilə E.Həsənova bəraət verilib. 

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun birgə yaydığı məlumata əsasən, bu il fevralın 4-də saat 08:00 radələrində paytaxtın Sabunçu rayonu ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən qadını vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes Benz E 200” markalı, 99-DH-407 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənov Emin Hüseyn oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib. Məhkəmə istintaqı dövründə E.Həsənovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!