Mayın 5-də Bakı şəhər sakini Aynurə Məmmədovanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.
DİN-dən ÇıxışYolu.Com-a verilən məlumat agörə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla Buzovna qəsəbə sakini olan piyadanın həmin gün saat 20:00 radələrində qəsəbə ərazisində yolu keçərkən avtomobillə vurulduğu məlum olub.
Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Şağan qəsəbə sakini Fərhad Cəbrayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.