Planetdəki “ən yaraşıqlı kişi” həbsdədir
Planetin ən gözəl insanlarının illik reytinqini dərc edən “TC Candler”
saytının seçdiyi “ən yaraşıqlı kişi” hazırda həbsdədir.
Üç il müddətinə həbs edilən 25 yaşlı Myanma sakini Painq Takhon sorğuya əsasən
qalib seçilib.
Gəncin həbsinə səbəb 2021-ci ildə ölkədə baş verən hərbi çevrilişə qarşı aktiv
etirazı olub.
“Biz hərbi çevrilişi qətiyyətlə pisləyirik. Biz Dövlət müşaviri Aun San Su
Çjinin, prezident U Vin Myintin dərhal azad olunmasını tələb edirik”, – deyə
Takhon sosial media səhifəsində bildirib. O, həmçinin 2020-ci il seçkilərinin
nəticələrinə hörmət etməyə və mümkün qədər tez yeni mülki hökumətin
formalaşmasına çağırıb.
O, həbsxanaya düşənə qədər də etirazlarda iştirak edib.
“Yaraşıqlı kişi”nin pərəstişkarları siyasi məhbusun azad edilməsi üçün ictimai
hərəkat təşkil etsə də, hələlik heç bir nəticəsi olmayıb.
Takhon vətənində “Instagram”da bir milyon izləyicisi ilə model, aktyor və
bloqer kimi şöhrət qazanıb.
Mənbə: Mk.ru