“Poçt bağlaması” adı ilə pulunu ələ keçirdilər: Bakı sakini dələduzluğun
qurbanı olub – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bağlamanız anbara daxil olub, lakin ünvan məlumatı natamam olduğu üçün
çatdırıla bilmədi. Lütfən, linkdə ünvanınızı təsdiqləyin”.
Xezerxeber.az-ın məlumatına görə, son günlərdə bəzi şəxslərə “Azərpoçt”un
adından bu cür mesajlar göndərilir. Sonra isə həmin keçidə daxil olan şəxslərin
kart hesabları istənilir və dələduzluq əməli törədilir.
Paytaxt sakini Fuad Soltanlı da belə dələduzluğun qurbanlarından biridir.
Onun sözlərinə görə, sifariş verdiyi məhsulun gəldiyini zənn edərək göndərilən
mesaja reaksiya verib.
Bundan sonra bank kartındakı pullar qəfildən yoxa çıxıb.
Məsələ ilə bağlı “Azərpoçt” MMC-nin şöbə müdiri Afaq İbrahimova bildirilib ki,
bu cür hadisələrlə bağlı təkcə şənbə və bazar günlərində quruma 100-dən artıq
müraciət daxil olub.
“Azərpoçt” rəsmisi tövsiyə edib ki, vətəndaşlar hər hansı bir şübhəli mesajla
qarşılaşdıqları halda, “169” çağrı mərkəzi və ya sosial şəbəkə hesabları
vasitəsilə quruma müraciət etsinlər.
Ətraflı süjetdə: