0b60b1d9-06d8-4a82-9d72-33efa13f5632..jpg

Podolyak: “Dünya şirkətlərinin yalnız 9%-i Rusiyanı tərk edib. Bu, ikiüzlülükdür” – FOTO

Baxış sayı: 955 dəfə baxılıb.

Podolyak: “Dünya şirkətlərinin yalnız 9%-i Rusiyanı tərk edib. Bu,
ikiüzlülükdür” – FOTO

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri 1500-ə yaxın qlobal şirkətin
yalnız 9%-i Rusiya bazarını tərk edib.

Bu barədə Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak
“Telegram”da yazıb.

Onun sözlərinə görə, Rusiyada işləmək üçün qalan Qərb şirkətləri arasında ən
böyük paya Almaniya (19,5%), Amerika (12,4%) və Yaponiya (7%) şirkətləri
sahibdir.

Podolyak “METRO”, “Leroy Merlin”, “Auchan”, “Nestle”, “Unilever”, “Procter &
Gamble”, “Siemens”, “Pfizer”, “Philip Morris”, “Bayer”, “Acer”, “Alibaba”,
“CloudFlare”, “Societe Generale”, “Credit Suisse”, “Lenovo”, “Asus”, “Cersanit”
kimi brendləri sadalayıb və bunun ikiüzlülük və terrorçulara sponsorluq etmək
kimi dəyərləndirib.

Source link