“Pokrov Məhərrəm” yenidən həbs edilib

“Pokrov Məhərrəm” yenidən həbs edilib

Baxış sayı: 2. 289 dəfə baxılıb.

Moskva vilayəti İstra rayon məhkəməsi azərbaycanlı iş adamı Məhərrəm Quliyev (Pokrov Məhərrəm) barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarıb.

ÇıxışYolu.Com Rosbalt-a istinadla xəbər verir ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsilə (dələduzluq) ittiham edilir.

Hüquq-mühafizə orqanlarından Rusiya KİV-ə sızan məlumatlarda deyilir ki, Quliyevə istintaq müddətində çoxlu suallar ünvanlana bilər. Çünki o, Moskvanı meyvə-tərəvəzlə təmin edən ən böyük fiqurlardandı.

“Rosbalt”ın məlumatına görə, Məhərrəm Ağbaş Çingiz və Sabirabadlı Hikmət kimi nüfuzlu “qanuni oğru”larla əlaqə yarada bilib. Daha sonra isə Rövşən Lənkəranskiylə münasibət yaradıb.

www.ÇıxışYolu.Com