Polad Bülbüloğlu Bryanskda Böyük Vətən müharibəsi partizanlarını anıb

Polad Bülbüloğlu Bryanskda Böyük Vətən müharibəsi partizanlarını anıb

Baxış sayı: 2. 330 dəfə baxılıb.

Qələbə günü ərəfəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Bryansk şəhərində Böyük Vətən müharibəsi qurbanlarının xatirəsini anıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “guberniya.tv” məlumat yayıb.

Səfir eyni zamanda Bryansk şəhərində Beynəlxalq Qaliblər forumunun təntənəli açılış mərasimində iştirak edib.

Öz çıxışında Bülbüloğlu, Azərbaycandan 681 minə yaxın insanın Böyük Vətən müharibəsində iştirak etdiyini, onlardan yarısının döyüşlərdə həlak olduğunu diqqətə çatdırıb.

“Belə forumlar, hal-hazırda müxtəlif ölkələrdə yaşayan gənclərin, keçmiş Sovet İttifaqı respublikalarının ölkənin müstəqilliyini nəyin bahasına  qoruduğunu anlaması üçün çox dəyərlidir. Həmin illərin hadisələri haqqında faktlar, rəqəmlər, kitablar və filmlər böyük önəm kəsb edir”, – deyə Bülbüloğlu bildirib.

.
www.ÇıxışYolu.Com