“Vaxtımın çox hissəsini Şuşada keçirirəm. Şəhərə gələn qonaqların da sayı
artır”.
Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri ötən ay Şuşanın millət vəkili
seçilmiş xalq artisti Polad Bülbüloğlu bildirib.
Millət vəkili qeyd edib ki, Şuşada təmir-bərpa, tikinti işləri davam edir,
şəhər günü-gündən dəyişir.
Deputat həmçinin “Qələbə” marşı yazmağa hazırlaşdığını deyib.
O, azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Şuşada da abadlıq-quruculuq
işlərinin sürətlə davam etdiriləcəyini bildirib.
Ətraflı süjetdə:
Polad Bülbüloğlu “Qələbə” marşı YAZACAQ