Birləşmiş Millətlər Təşkilatı polietilen torbaların istifadəsinin qadağan olunması təklifi ilə çıxış edəcək.
ÇıxışYolu.Com “Straits Times” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı məlumat BMT-nin Ətraf-Mühit komitəsinin hesbatında verilir.
Ümumdünya ətraf mühit günündə yayımlanan araşdırmalar zamanı müəyyən edilib ki, ərzaqların daşınması və zibillərin saxlanılması üçün torpaqda çürüməsinə min il tələb olunan 5 trilyon polietilen paket istifadə edilir.
Bununla yanaşı, komitə üzvləri bildirib ki, 9 milyard ton plastik materialların cəmi 9 faizi yenidən istehsala verilir.
Bu zaman ətraf mühitin qlobal çirklənməsinin əsas mənbələri müəyyənləşdirilmiş olur.
Plastik tullantı siyahısında birinci yeri Çin, ikinci və 3-cü yeri isə Avropa Birliyi və ABŞ tutur.