53cc93c4-5567-451e-b01c-f734bc889173..jpg

Polis “Formula-1”lə əlaqədar gücləndirilmiş rejimdə xidmət edir – FOTO/VİDEO

Baxış sayı: 667 dəfə baxılıb.

Polis “Formula-1”lə əlaqədar gücləndirilmiş rejimdə xidmət edir – FOTO/VİDEO

“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq Bakı Şəhər Halqasının
keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkətində məhdudiyyətin
tətbiq olunduğu müddət ərzində sürücü və piyadaların mənzil başına təhlükəsiz
çatmalarının, həmçinin, nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi
məqsədi ilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

“Bir daha sürücülərdən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük
vermələrini, DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə
düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və
prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tövsiyə edirik”,
– məlumatda qeyd olunub.


Source link