73c09c53-365a-4388-85b5-9dce0de6e4e8..jpg

Polis narkotik vasitələrin qrup halında qəbul edildiyi beş məkan aşkarladı: Əməliyyat çəkilişi – VİDEO

Baxış sayı: 947 dəfə baxılıb.

Polis narkotik vasitələrin qrup halında qəbul edildiyi beş məkan aşkarladı:
Əməliyyat çəkilişi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 18-də keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə
bağlı 104 fakt aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ictimai yerlərdə narkotik maddələrin təsiri altında olan 84, o
cümlədən narkokuryerlik etdiyinə görə axtarışda olan 16 nəfərin saxlanılması
təmin edilib.

Narkotik vasitələrin qrup halında qəbul edildiyi beş məkan müəyyən olunub.
Qanunsuz dövriyyədən altı kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati tədbirlər görülüb.
Paytaxtda hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam
etdirilir.


Source link