8124533e-f87e-499e-8acb-bff5e02fcab9..jpg

Polis “Papanin” və “Kubinka”da əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO/VİDEO

Baxış sayı: 809 dəfə baxılıb.

Polis “Papanin” və “Kubinka”da əməliyyat keçirdi: Saxlanılanlar var –
FOTO/VİDEO

Polis “Papanin” və “Kubinka”da narkotik vasitələrin satışı ilə məşğul olan və
üzərində qanunsuz silah gəzdirən 8 nəfəri saxlayıb.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun
“Papanin”, “Kubinka” kimi tanınan ərazilərində – Cəlil Məmmədquluzadə,
Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar
keçirilib.

Tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və
satışını həyata keçirən 7 nəfər – Rəşad Ağayev, Kamal Saməddinzadə, Elxan
Qasımov, Elçin Əsədullayev, Ramil Əlibəyov, Eldəniz Şərifov və Anar
Bəxtiyarzadə saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın
heroin, tiryək, psixotrop maddə olan metamfetamin və satışı qadağan edilən 100
ədəd preqabalin həbi aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial
şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi
istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini
bildiriblər.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş
əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində
qanunsuz olaraq odlu silah-sursat gəzdirən əvvəllər məhkum olunmuş paytaxt
sakini İlqar Əliyev də tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov”
markalı tapança, 4 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə
göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Source link