Polis tərəfindən saxlanılan daha bir tiktoker həbs edildi – YENİLƏNİB +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sosial şəbəkələrdə cəmiyyətə qarşı açıqca hörmətsizlik və qeyri-etik
paylaşımlar edən daha bir tiktoker həbs edildi.
Cixisyolu.com xəbər verir ki, məhkəmənin qərarı ilə “Roşka” ləqəbli Rövşən Süleymanov
20 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, daha əvvəl 1998-ci il təvəllüdlü, sosial şəbəkələrdə “Po jizni
Cesi” ləqəbi ilə tanınan Cəsarət Cavadov da 30 sutka inzibati qaydada həbs
edilmişdi.
09:32
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis
əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Cixisyolu.com-a verilən məlumata görə,
tədbirlərlə 1998-ci il təvəllüdlü, “Tiktok”da “Po jizni Cesi” ləqəbi ilə
tanınan Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbi ilə tanınan Rövşən
Süleymanov saxlanılıblar.
Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib.
R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi
qiymət veriləcək.
“Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq
hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu
əməllərindən çəkinməyə çağırırıq”, – DİN-in məlumatında deyilir.
Xatırladaq ki, bundan öncə “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə
internetdə yayılması qadağan edilən məlumatlar paylaşdığına görə, “Magerramoff”
ləqəbli Əmrah Məhərrəmov isə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik
nümayiş etdirdiyinə görə saxlanılıblar.