f2e12bfd-3a73-493d-98f8-f660c02a30d6..jpg

Polisdən əməliyyat: Xeyli sayda silah aşkarlandı – FOTO/VİDEO

Baxış sayı: 399 dəfə baxılıb.

Polisdən əməliyyat: Xeyli sayda silah aşkarlandı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zərdab Rayon Polis Şöbəsinə rayonun Sarıqaya kəndi ərazisində müxtəlif növ
silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan
verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən
baxış zamanı oradan bir ədəd “Naqan” markalı tapança və altı ədəd patron
aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların
könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər
nəticəsində altı nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini
könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi Sabunçu Xətt Polis Şöbəsinin
əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri
növbəti tədbir nəticəsində Sabunçu dəmiryol vağzalının ərazisində 2002-ci il
təvəllüdlü Vüsal Nəcəfəliyev saxlanılıb.

DİN-dən verilən məlumata görə, onun əlindəki çantaya baxış keçirilərkən 1
kiloqram 125 qram narkotik vasitə marixuana, bir ədəd “Browling” markalı
tapança və 40 ədəd patron aşkar edilərək götürülüb. V.Nəcəfəliyev odlu silahı
və narkotiki satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı V.Nəcəfəliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar
davam etdirilir.

Yardımlı Rayon Polis Şöbəsinə rayonun Ərsilə kəndi ərazisindəki dərədən
silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə,
şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən
bir ədəd “AK-74” markalı avtomat, həmin silaha aid beş ədəd daraq, 300 ədəd
patron və bir ədəd əl qumbarası aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Source link