2518f195-bbc0-4b44-a9d7-0c9a8b5c3162..jpg

Polisin fəaliyyətinə müdaxilə edən şəxs inzibati məsuliyyətə cəlb olunub

Baxış sayı: 1. 074 dəfə baxılıb.

Polisin fəaliyyətinə müdaxilə edən şəxs inzibati məsuliyyətə cəlb olunub

Bir qrup şəxs tərəfindən qanunsuz təşkil edilən aksiya cəhdində ictimai
asayişi mühafizə edən polis əməkdaşlarının fəaliyyətinə müdaxilə edən Nurlan
Cəfəri inzibati məsuliyyətə cəlb edilib.

“Report” un xəbərinə görə bu barədə mətbuatın sorğusuna cavab olaraq DİN-in
mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib.

Qeyd edilib ki, o paytaxtın Yasamal rayonunda qanunsuz aksiyada polis
əməkdaşlarının xidməti fəaliyyətinə mane olduğu, jurnalist etikasından kənar
hərəkətlər etdiyi üçün ərazidən uzaqlaşdırılıb.

Qeyd olunan ərazidə aparılan digər çəkilişlərdə N.Cəfərinin polis
əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla kobudluq etməsi və əl
hərəkətləri ilə onları vurmağa cəhd göstərməsi müşahidə edilib. O, bu əməllərə
görə polis orqanına dəvət olunmaqla etdiyi hərəkətlər sübutlarla ona əyani
göstərilib. Konkret sübutlar qarşısında etdiyi hərəkətlərdən peşman olduğunu
bildirən N.Cəfəri barəsində toplanan materiallar baxılması üçün rayon
məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə N.Cəfəri barəsində 15 sutka inzibati tənbeh tədbiri
tədbiq edilib.

Source link