06a811c7-83b3-4e85-a62b-d1723d812daf.webp

Polisin saxladığı şəxs bölmədə əməliyyatçının telefonunu oğurladı

Baxış sayı: 227 dəfə baxılıb.

Külli miqdarda narkotik maddələrin saxlanılması ilə məsuliyətə cəlb edilən
Orxan Mustafayevin cinayət işinin məhkəmə baxışı keçirilib.

Cixisyolu.com-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz
Kərimovun sədrliyi ilə keçirilən prosesdə Orxan Mustafayevin saxlanılmasında
iştirak edən Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməkdaşları
şahid qismində iştirak ediblər.

Əməliyyatçı məhkəmədə ifadəsi zamanı vurğulayıb ki, Orxan Mustafayev Xətai
rayonunun ərazisində saxlanılıb bölməyə gətirilərkən ifadəsi alındıqdan sonra
bəlli olub ki, o, bölmədə əməliyyatçının otağında olarkən polis əməkdaşlarından
birinə məxsus mobil telefonun oğurlayıb.

Onun bu əməli cinayət işinə əlavə olunmasa da, Orxan Mustafayev barəsində
külli miqdarda narkotik maddələrin qanunsuz saxlanılması maddəsi ilə cinayət
işi açılaraq ittiham irəli sürülüb.

Elgün Həsəənli

Source link