Moskvanın cənub-şərqində polislər tutmağa çalışdıqları şübhəli şəxsi güllələyiblər.
Rusiya mətbuatında yer alan xəbərə görə, anasını bıçaqlayan 35 yaşlı şəxs polislərə müqavimət göstərib.
Vladislav adlı şəxs anasına bir neçə bıçaq xəsarəti yetirib. Lakin qadın onun əlindən xilas olaraq, polisə zəng edə bilib. Hüquq-mühafizə orqanlarının hadisə yerinə gəldiyini görən Vladislav tapançaya oxşar əşya ilə onlara hədə-qorxu gəlməyə başlayıb. Elə bu hərəkətinə görə də o, güllələnib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, oğlunu itirmiş ana hazırda vəziyyətindən çox razıdır.
Vladislavın psixonevroloji dispanserdə qeydiyyatda olduğu bildirilir.