Politoloq: ABŞ-ın yeni dövlət katibinin Türkiyəyə simpatiyası yoxdur

Politoloq: ABŞ-ın yeni dövlət katibinin Türkiyəyə simpatiyası yoxdur

Baxış sayı: 2. 128 dəfə baxılıb.

ABŞ-ın yeni dövlət katibi Mayk Pompeonun Türkiyəyə simpatiyası yoxdur və onun Tillersonun Ankara ilə əldə etdiyi razılaşmaları yerinə yetirib-yetirməyəcəyi bəlli deyil.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

“Türkiyənin işi çətinləşdi. Onsuz da Ankaranın Vaşinqtonla münasibətlərində soyuqluq var, Reks Tillerson bir neçə həftə əvvəl Türkiyə paytaxtına gəlib razılaşmalar əldə etdi.

Münasibətlərin normallaşması və Suriyada ortaq maraqların qorunması məqsədilə iki mexanizm əldə edildi, elə bu günlərdə həmin mexanizmlər işə salınmalı idi”, – deyən politoloqun sözlərinə görə, Tillerson daha dövlət katibi deyil və bu, o deməkdir ki, Ankara yeni dövlət katibi Mayk Pompeo ilə eyni məsələləri müzakirə etməlidir.

“Ancaq Pompeonun Türkiyəyə simpatiyası yoxdur və bəlli deyil ki, o, Tillersonun Ankara ilə əldə etdiyi razılaşmaları yerinə yetirəcək, ya yox. Bu, bir qədər qaranlıq görünür”, – deyə politoloq sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com