Bazar günü Rusiyada prezident seçkiləri keçirildi. Gözlənildiyi kimi, Rusiyanın yeni prezidenti Vladimir Putin seçkilərdə 75% səs toplayaraq qalib gəldi. Qeyd etmək lazımdır ki, Putin seçildiyi yeni müddət ərzində istər xarici, istərsə də daxili siyasətdə əhəmiyyətli islahatlar aparacaq.
Azərbaycan-Rusiya münasibətlərində gözləntilər, Qarabağ münaqişəsinin nimamlanması üzrə perspektivlərlə bağlı ÇıxışYolu.Com-ya müsahibə verən Təhlükəsizlik üzrə ekspert Qriqoriy Trofimçuk bildirib:
– Vladimir Putinin seçildiyi yeni müddətdən gözləntiləriniz nədir?
– Vladimir Putinin seçki qərargahından bildiriblər ki, dövlət başçısının budəfəki əsas vəzifəsi Rusiyanın daxili problemi, əsasən də innovativ inkişafa diqqətinin cəmlənməsidir. Bu, həqiqətən də çox vacibdir.
Əvvəlki prezindent seçkiləri 2012-ci ildə – dünyada müəyyən dərəcədə sakitlik olduğu müddətdə keçirilib. Lakin indi, 2018-ci ildə prezident tamamilə yeni – ölkə və dövlətin bütün fəaliyyətini təyin edəcək narahat mühitə qədəm qoyur.
Rusiya artıq dörd ildir ki, Qərblə qarşıdurma rejimindədir. İndi isə buraya altı il də əlavə edilir. Aydındır ki, ABŞ Rusiyanı hərtərəfli “sıxışdırmağa” çalışır. İlk növbədə isə iqtisadi sahədə.
– Bəs Rusiya ilə Azərbaycan münasibətlərində gözləntilər nədir?
-İkitərəfli münasibətlərimiz ən yaxı səviyyədədir. Lakin indiki münasibəltlərə bir sıra şərait təsir edə bilər. Hər şeydən öncə bu, həlledilməmiş Qarabağ problemidir.
Qeyd etmək lazımdı ki, Bakı müddətsiz olaraq danışıqlar rejimində qalamağa hazır deyil və özünü güclə çərçivədə saxlayır. “Aprel döyüşləri” müvəqqəti sülhdən başqa heç nə vermədi. Ələxsus da Azərbaycana heç bir torpaqlar qaytarılmadı. Əgər Rusiya bunu nəzərə almasa, ABŞ onun yerini bu məsələni həll edə bilər.
Rusiya istər Azərbaycana, istərsə də Qərbə sübut etməlidir ki, istənilən bölgüdə onun iqtisadiyyatı sığortalanacaq. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçisidir. Buna görə də bu ölkə hansısa formada və ya Avrasiya formatında inteqrasiyaya dəvət etmək olar.
Bunun üçün ilk addı atılmalıdır: yalnız danışıq janrında deyil, Qarabağ münaqişəsinin nimzanlanması prosesində hərəkət nümyiş olunmalıdır. Digər tərəfdən də dünyada baş verən mənfi dəyişikliklər fonunda nə Rusiyanın, nə də Azərbaycanın qarşılıqlı inteqrasiyası ola bilsin ki, yoxdur. Vacib məqamdır ki, hazırda Moskvanın Ankara ilə münasibətləri yaşxşıdır. Lakin Ankara Qərb dünyası ilə mürəkkəb şəraitdədir.
– Putinin prezidentliyinin yeni müddətində Qarabağ münaqişəsinin nizamlanması üzrə hansı perspektivlər var?
– Xatırlatmaq lazımdır ki, məhz Putinin hesabına Qarabağda son iki il sülh şəraitində keçib. Heç kəs 2016-cı ilin aprel sülhünü bu qədər uzanmasını düşünmürdü. Lakin sülh uzun müddət davam edə bilməz. Buna görə də güzəştlərin həyata keçirilməsinin zamanı çatıb. Bunu Rusiya prezidenti istər Azərbaycan, istərsə də erməni tərəfini bu addımı atmaqda həvəsləndirib.
Təəssüflər olsun ki, vəziyyətdə irəliləyiş olmadı. Hazırda münaqişə zonasında vəziyyət gərgindir. Həmçinin Bakı Ermənistanda prezident seçkilərindən sonra danışıqlar masasında kimin əyələşəcəyini də dəqiq bilmir. Bu məsələdə şəffaflıq vacib məqamdır.
Yenicə seçilmiş prezident Vladimir Putinin seçki qərargahı onun altı illik proqramında ölkənin daxili siyasətini prioritet kimi dəyərləndirsə də, Qarabağ kimi xarici məsələlərdən yan keçə bilməz.
R.Q.
www.ÇıxışYolu.Com