Politoloq: Cəbhədə yalnız peşəkarlar xidmət etməlidir

Politoloq: Cəbhədə yalnız peşəkarlar xidmət etməlidir

Baxış sayı: 6. 189 dəfə baxılıb.

Cəbhə xəttində yüksək vəzifə maaşı alan, ailələrinin yüksək sosial təminatları olan və həyatları sığortalanan peşəkar hərbçilər xidmət etməlidirlər.

ÇıxışYolu.Com xəbərinə görə, bu təkliflə tanınmış politoloq Elxan Şahinoğlu çıxış edib.

Politoloqun sözlərinə görə, bu il yarımlıq hərbi xidmət olmamalıdır, cəbhə bölgəsində xidmət edən peşəkar hərbçi bilməlidir ki, döyüş şəraitində xidmətə görə təminatı yüksək səviyyədədir və istənilən an işğalçı ilə savaşda ölümlə üzləşə bilər.

“Əlbəttə, bu, o, demək deyil ki, hərbi xidmətə çağırılan gənclərimiz döyüş praktikasından və barıt iyindən uzaq olmalıdırlar, çünki döyüş sırası onlara da çata bilər, ancaq bütün hallarda lazımi anda hücuma keçənlər peşəkarlar olmalı və bu bizim itkiləri minimuma endirməlidir. 

Yəni, məqsəd düşmənin itkilərini artırmaqdır, peşəkar hərbçi bunu daha yaxşı bacarır. 

Məsələn, bu gün düşmənə ən çox itki verən snayperlərimizdir, onlar xüsusi olaraq hazırlanır, demək, bu, bir peşədir. 

Məncə, əhalisi 10 milyona yaxınlaşan Azərbaycanda 60, hətta 100 min peşəkar hərbçi hazırlamaq problem deyil.

Bu say Ermənistanla (45 min) və Dağlıq Qarabağdakı hərbi birliklərin (20 min) cəminin sayından çoxdur” – deyə, politoloq sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com