Politoloq: “Polonez” hücum əməliyyatları zamanı istifadə olunur

Politoloq: “Polonez” hücum əməliyyatları zamanı istifadə olunur

Baxış sayı: 2. 240 dəfə baxılıb.

Bu yaxınlarda Rusiyanın “Kommersant” nəşrində Azərbaycanın Belarus istehsalı olan “Polonez” reaktiv yaylım atəşi sistemlərinin (RYAS) ilk alıcısı olacağı ilə bağlı məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, bu silah Rusiyanın “İsgəndər”lərinə müqabildir.

“Polonez” layihəsi 2012-ci ildə Belarusa “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tədarükü ilə bağlı Minsklə Moskva arasında yaranan ixtilaflar fonunda həyat keçirilib.  Bu silah prezident Aleksandr Lukaşenkoya “bəzi qüvvələrin aktivləşməsinə” cavab tədbiri qismində lazım idi.

“Polonez”in nə dərəcədə güclü olduğu, onun Rusiyanın “İsgəndərlərinə” müqabil olub-olmayacağı, həmçinin Azərbaycan və Ermənistan arasında müharibənin mümkünlüyü ilə bağlı sualları ÇıxışYolu.Com-a verdiyi müsahibədə Q.V.Plexanov adına Rusiya İqtisadi Uuniversitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev cavablandırıb.

– KİV-də Rusiyanın Ermənistana ötürdüyü “İsgəndərlərə” müqabil olaraq Azərbaycanın Belarus istehsalı olan “Polonez”RYAS alacağı ilə bağlı informasiya yayılıb.  Siz Polonez sistemini necə qiymətləndirirsiniz?

– Mən onu taktiki-texniki xarakteristikası və effektivliyinə görə Rusiyanın RYAS-lərinə, o cümlədən “Smerç”, “Qrad” və hətta ən müasir “Tornado” RYAS-dən geri qalmayan güclü müasir reaktiv yaylım atəşi sistemi kimi qiymətləndirirəm. Sonuncular sələflərininin analoqu əsasında hazırlansa da, QLONASS naviqasiya cihazları və atəşin idarə olunması üzrə yeni kompüter sistemi ilə təchiz olunub.  Belarus RYAS-nin raketləri həmçinin inyersial və peyk naviqasiya sistemi əsasında tuşlama sisteminə malikdir.

Bir sözlə, bu texnikadan real müharibə şəraitində müasir texnologiyalar və informasiya-telekommunikasiya infrastrukturuna, həmçinin bu sahənin yüksək təcrübəli hərbi mütəxəssislərinə malik olan dövlət istifadə edə bilər.  Bir məqama da diqqət çəkmək istəyirəm; RYAS-dən bir silah olaraq, daha çox hücum əməliyyatları zamanı istifadə olunur.

– Son zamanlar Azərbaycan və Ermənistanın aldığı yeni silahlarla bağlı tez-tez informasiyalar yayılır. Necə düşünürsünüz, tərəflər müharibəyə hazırlaşır?

– Azərbaycan və Ermənistan hər zaman müharibəyə hazırlaşır,  mahiyyət etibarı ilə elə daima müharibə şəraitindədirlər. Burada münaqişə eskalasiya səviyyəsindədir. Bu səviyyə aşağı da düşə bilər, güclənə də bilər.  Aşağı düşəndə xarici müşahidəçilər əldə olunan barışıqdan dəm vurur, eskalasiya səviyyəsi qalxdıqda isə yeni “köhnə” müharibənin başlanğıcından söz düşür.

– “Polonez” sistemini “İsgəndərlərlə” necə müqayisə etmək olar?

– Mənə aydın deyil, axı bu iki sistemi bir-biri ilə necə tutuşdurmaq olar.  Polonez reaktiv yaylım atəşi sistemidir, “İsgəndər” isə əməliyyat-taktiki raket kompleksidir. Bütün RYAS-lərin başlıca təyinatı bunlardan ibarətdir.

–  cəmləşmə rayonlarında düşmənin canlı qüvvəsini və döyüş texnikasını məhv etmək;

–  artilleriya və minaatan batareyaların məhv edilməsi və susdurulması;

–  düşmənin istehkamlarını, dayaq məntəqələrini və müqavimət mövqelərini məhv etmək;

“İsgəndər”in əsas təyinatı isə – düşmənin HHM və RHM sistemlərini, həmçinin onların qoruduğu ən vacib obyektləri məhv etməkdir. “Polonez” və “İsgəndər”in qarşı-qarşıya savaşını təsəvvür etmək mənə çox çətindir.

www.ÇıxışYolu.Com