Politoloq: Putin Qərb tərəfindən cəzalandırılır

Politoloq: Putin Qərb tərəfindən cəzalandırılır

Baxış sayı: 2. 347 dəfə baxılıb.

Putin faktiki təkdir, hakimiyyət komandası onun əmrlərinə tabedir, yaradıcı yanaşma yoxdur, komandadan biri vaxtında ona demədi ki, Krımı işğal etmək olmaz, bunun nəticələri Rusiya üçün ağır olacaq və ya başqası demədi ki, ABŞ-dakı prezident seçkisinə qarışmaq olmaz, Londonda keçmiş xəfiyyələri öldürmək olmaz.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin bir zərbədən qurtulmamış başqasına tuş gəlir.

Onun sözlərinə görə, Putin martın 18-də prezident seçkisində qələbə çaldı, ancaq bu qələbənin həzzini ala bilmədi. 

“Çünki, bir tərəfdən Qərbin sərtləşən sanksiyaları, o cümlədən müxtəlif dövlətlərdən rusiyalı diplomatların qovulması, o biri tərəfdən də Kemerevo vilayətindəki dəhşətli faciə və uşaqların yanğından boğularaq həlak olmaları.

Bu, bir nəfərin ürək və sinir sistemi üçün ağır yükdür.

Putin faktiki təkdir, hakimiyyət komandası onun əmrlərinə tabedir, yaradıcı yanaşma yoxdur, komandadan biri vaxtında ona demədi ki, Krımı işğal etmək olmaz, bunun nəticələri Rusiya üçün ağır olacaq və ya başqası demədi ki, ABŞ-dakı prezident seçkisinə qarışmaq olmaz, Londonda keçmiş xəfiyyələri öldürmək olmaz. 

Bunu Putinə demədiklərinə görə və Kreml sahibi ancaq öz qərarları ilə hərəkət etidiyinə görə Qərb tərəfindən cəzalandırılır. 

Ona qarşı Qərbin siyasi elitası, ekspertləri və yüzlərlə beyin mərkəzi birləşib.

Bir nəfər nə qədər böyük zəka sahibi olsa da, qarşısındakı zəkaların cəmi ilə mübarizədə qalib çıxa bilməz.

Həmin zəkalar vaxtilə Rusiyadan da güclü SSRİ-ni çökdürmüşdülər…”, – deyə politoloq əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com