Politoloq: Ruslar Paşinyana inanmır

Politoloq: Ruslar Paşinyana inanmır

Baxış sayı: 2. 157 dəfə baxılıb.

Rusiyada Ermənistanın yeni baş naziri Paşinyana inamsızlıq var.

ÇıxışYolu.Com xəbər verir ki, bu fikri mətbuata açıqlamasında deputat, politoloq Elman Nəsirov deyib.

“Paşinyan hələ də özünü baş nazir yox, küçə lideri, qəhrəmanı kimi aparmaq istəyir. O hələ dərk etmir ki, dövlətə cavabdehlik daşıyır. Əgər dərk etsəydi, fikirlərində dəqiq olardı və buna görə məsuliyyət daşıyardı”,- deyən politoloqun sözlərinə görə, Paşinyan baş nazir seçilənə qədər ölkəsinin Avrasiya İttifaqından çıxacağını bəyan edib.

Eyni zamanda politoloq Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağından da söz açıb.

“İndi isə Soçidə Avrasiya İttifaqının tədbirinə gedərək, Rusiya ilə bütün münasibətlərin qorunub saxlanacağını və daha da inkişaf etdiriləcəyindən danışıb. Bu  adamın dilindən tamamilə bir-birinə zidd, bir-birini təkzib edən fikirlər səslənib. Ona görə də Paşinyana qeyri-ciddi siyasətçi kimi yanaşırlar. Artıq indidən Rusiya siyasi dairələrinə belə fikir var ki, o, bu cür davranışı, manevrləri ilə hakimiyyətdə uzun müddət qala bilməyəcək.

Yeni baş nazir böyük siyasətdə özünü qeyri-ciddi və peşəkarlıqdan uzaq bir siyasətçi kimi təqdim etməkdədir”, – deyə millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com