Politoloq Tramp-Putin görüşünün mümkün nəticələrini açıqladı

Politoloq Tramp-Putin görüşünün mümkün nəticələrini açıqladı

Baxış sayı: 2. 306 dəfə baxılıb.

Dünya səhnəsinin əsas oyunçuları rəqibdən düşmənə çevriliblər.

Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında azərbaycanlı politoloq Tofiq Abbasov ABŞ və Rusiya prezidentləri arasında mümkün görüşü şərh edərkən deyib. 

Məlumatlara görə, Ağ Evin mətbuat katibi Sara Sanders açıqlayıb ki, Tramp Putinlə görüşmək istəyir. Buna cavab olaraq, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Vladimir Putin amerikalı liderlə görüşə hazırdır. 

Ekspertin fikrincə, belə görüşlərin vacibliyi şübhə doğurmur.

“Əgər Putin ABŞ-a getməyə razı olsa, ikitərəfli münasibətlərdə gərginliyin azaldılması mümkündür.

Ancaq ABŞ və Rusiya arasında qarşılıqlı fəaliyyətlərdə son illərin təcrübəsi göstərir ki, liderlər görüşdə bir şey danışır, lakin başqa cür hərəkət edirlər. 

Eskalasiya xəttindəki gərginlik qəbuledilməzdir və yaxşı heç nə vəd etmir”, – politoloq deyib. 

Onun sözlərinə görə, məsələ burasındadır ki, münasibətlərdə özünü qabarıq göstərən antaqonizm dünyadakı problemlərə mənfi təsir göstərir. 

“Belə təsəvvür yaranır ki, bu ölkələr dünyadakı xaosu artırmaq üçün qəsdən münaqişəyə gedirlər. 

Ancaq ABŞ arxasında güclü qüvvələrin olduğunu iddia edərək, bu məsələdə daha çox can yandırır”, – Abbasov bildirib. 

O qeyd edib ki, Moskva da istəsə, döyüş üçün öz ehtiyatlarını göndərə bilər və fors-major hallarda ciddi proseslər baş verə bilər. 

“Ona görə vacibdir ki, bu ölkənin liderləri tez-tez görüşsünlər. Dialoqla əlaqə çoxdan gözlənilən gərginliyin azalmasına səbəb ola bilər”, – ekspert əlavə edib. 

Əli Məmmədov
www.ÇıxışYolu.Com