ABŞ prezidenti Donald Tramp prezident seçkisindən əvvəl verdiyi bütün vədləri addım-addım yerinə yetirir.
Adətən, prezident seçilməyənə qədər çox vəd verən olub, ancaq Ağ Evə köçdükdən sonra soyuq başla hərəkət edərək ehtiyatlı qərarlar qəbul ediblər. Tramp onlardan deyil, dediyini edir, ancaq onun qorxunc vədlərini yerinə yetirməsi beynəlxalq aləmə baha başa gəlir.
ÇıxışYolu.Com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Demişdi ki, İranla nüvə anlaşmasından çıxacaq, çıxdı, demişdi ki, Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq və ABŞ səfirliyini bu şəhərə köçürəcək, tanıdı və köçürdü”, – deyən politoloqun sözlərinə görə, bu gün Qəzza bölgəsində ölənlərin sayı 41-ə çatıb və bu say getdikcə artacaq:
“ABŞ-ın yaxın tarixində çox səhvləri olub, ancaq indi etdiklərinin nəticəsi daha ağır olacaq.
Buna baxmayaraq, Donald Tramp ölkə daxilində reytinqini artırıb.
Demək, Amerika cəmiyyəti okeanın o tərəfindən bu tərəfinə baxarkən özü üçün təhlükə görmür”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com