3f902e9d-15af-48b8-baf2-ba8ce350e9f9..jpg

Polşa Olimpiadanı boykot edə bilər

Baxış sayı: 783 dəfə baxılıb.

Polşa Olimpiadanı boykot edə bilər

Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski RMF radiostansiyasının
efirində bəyan edib ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus
idmançılarının yarışlarda iştirakına icazə verərsə, 2024-cü il Olimpiya
Oyunları boykot edilməlidir.

“Əgər Rusiya və Belarus idmançıları 2024-cü il Olimpiya Oyunlarına
buraxılarsa, biz bu oyunları sadəcə olaraq boykot etməliyik. Belə oyunlarda
iştirak etməməliyik. Bu, BOK-a göstərməli olduğumuz təzyiqdir. Bu, mənim
fikrimdir, idman birlikləri hökumətdən müstəqil olduqları üçün öz qərarlarını
verəcəklər. Ancaq hamını belə bir qərar verməyə çağıracağam”,- XİN rəsmisi
deyib.

Qeyd edək ki, yanvarın 25-də BOK Rusiya və Belarus idmançılarının hələ müəyyən
edilməmiş bir sıra ciddi şərtlərlə beynəlxalq yarışlara qayıtmasına icazə
verib, lakin bu barədə danışmağın hələ tez olduğu bildirilib.

Ukrayna və Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələr rusiyalıların və
belarusların turnirlərdə iştirakına qarşı çıxıblar, lakin BOK əksər idman
təşkilatlarının, o cümlədən Milli Olimpiya Komitələrinin bütün beş qitə
assosiasiyasının onun mövqeyini dəstəklədiyini bildirib.

Mənbə: sportrbc.ru

Source link