Podolskinin vida oyunundan sonra 14 polis əməkdaşının yaralanması futbolçu ilə
bağlı araşdırma başladılmasına səbəb olub.
Cixisyolu.com xəbər verir ki, futbolçunun vida oyunu vaxtı münaqişə yaşanıb, polşalı
xuliqanlar klub işçisini bıçaqlayıb və hədələyiblər. Daha sonra əcnəbi
stüardlar xuliqanlar tərəfindən təhqir edilib və hədələniblər. İğtişaşlar
zamanı 14 polis əməkdaşı yaralanıb.
Məsələ burasındadır ki, Almaniyada stadionlarda pirotexniki vasitələrdən
istifadə etmək qadağandır, bu, inzibati qayda pozuntusu hesab edilir və adətən
cərimə və hüquqi prosedurlara səbəb olur.
“RheinEnergie” stadionunun əməliyyat şöbəsinin rəhbəri, əvvəllər polis
direktoru vəzifəsində çalışmış Volker Lange Podolskinin hərəkətlərini tənqid
edib və futbolçunu “pis nümunə olmaqda” ittiham edib: “Birincisi, bu
qadağandır, ikincisi, o, pis nümunədir və üçüncüsü, klubda bu cür məsələlərə
görə kim məsuliyyət daşıyırsa, cavab verməlidir”.