7c5caf12-6f2c-453d-b2d3-e918d37188fa..jpg

Polşa Rusiyanı məhkəməyə verir: “Təzminat tələb edəcəyik”

Baxış sayı: 4. 095 dəfə baxılıb.

Polşa Rusiyanı məhkəməyə verir: “Təzminat tələb edəcəyik”

Polşanın ən böyük neft şirkəti “PKN Orlen” Rusiya Federasiyasından təzminat
tələb edəcək.

Buna səbəb “Drujba” kəməri ilə Polşaya neft nəqlinin dayandırılmasıdır.

Şirkətin baş direktoru Daniel Obaytekin sözlərinə görə, onun şirkəti
rusiyalıları məhkəməyə verməyə hazırdır, çünki onlar “qara qızıl”ın tədarükünü
dayandırdıqdan sonra şirkət itkilərə məruz qalıb.

“Rusiyalılar Polşaya neft nəqlini dayandırıblar, ona görə də biz indi onları
məhkəməyə verəcəyik və itkilərə görə təzminat tələb edəcəyik”, – deyə o qeyd
edib.

Eyni zamanda o, təzminatın məbləği barədə açıqlama verməyib. Şirkətin
müqavilələrinin detallarını müzakirə edə bilməyəcəyini bildirib.

Qeyd edək ki, Polşa Ukraynanın müttəfiqlərindən biridir və Rusiya
Federasiyasının genişmiqyaslı işğalı ilə əlaqədar humanitar, hərbi yardım
göstərir. Polşa həmçinin Rusiya 2022-ci ildə Ukraynada böyük müharibə
başlayandan dərhal sonra buradan qaz tədarükünü dayandıran ilk Avropa ölkəsidir.

Mənbə: “Reuters”

Source link