Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Poznandakı baş konsulluğunu bağlamaq
qərarına gəlib. Onun əməkdaşları ölkədən çıxarılacaq.
Cixisyolu.com TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə XİN rəhbəri
Radoslav Sikorski məlumat verib.
“Bununla əlaqədar olaraq, mən Rusiyanın Poznandakı baş konsulluğunun
fəaliyyətinə icazəni ləğv etmək qərarına gəldim ki, onun əməkdaşlarının Polşa
Respublikası ərazisində olması arzuolunmaz sayılacaq”, – o, brifinqdə bildirib.
Polşa diplomatik xidmətinin mətbuat katibi Pavel Vronskinin sözlərinə görə,
bu, yaxın bir neçə gün ərzində baş verəcək.