Polşa Seyminə sədr seçildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şimon Holovnya Polşa Seyminin (parlamentin aşağı palatası) marşalı (spikeri)
seçildi.
Verilən məlumata görə, 460 deputatdan 265-i Holovnyanın namizədliyini
dəstəkləyib. Seymin yeni marşalı “Üçüncü Yol” hərəkatına daxil olan “Polşa
2050” partiyasının lideridir.
Polşa Prezidenti Andjey Duda Baş nazir Mateuş Moravetskiyə Konstitusiyanın 14
gün vaxt verdiyi yeni Nazirlər Kabinetini formalaşdırmaq səlahiyyətlərini
təqdim edəcək.
Mənbə: TASS