Polşanın Poznan şəhərində təbii qaz partlayışı dörd mərtəbəli binanın uçmasına səbəb olub.
ÇıxışYolu.Com xəbər verir ki, ilkin ehtimallara görə, partlayışda dörd nəfər ölüb, 15 nəfər isə yaralanıb.
Hadisə yerinə gələn təcili yardım xidməti və fövqəladə hallara aid qüvvələr fasiləsiz xilasetmə işləri aparırlar.
Binada neçə insanın olduğu dəqiq bilinmir, buna görə axtarış itləri və xüsusi qüvvələr xilasetməyə cəlb edilib.
Çökən binadan xilas edilənlər bölgə xəstəxanalarına qaldırılıb.