4ba51264-5407-439d-9d9e-7b9ba970a996..jpg

Polşada saxlanılan keçmiş daxili işlər naziri aclıq aksiyasına başladı – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 851 dəfə baxılıb.

Polşada saxlanılan keçmiş daxili işlər naziri aclıq aksiyasına başladı –
YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda nəzarət altında olan Polşanın keçmiş daxili işlər naziri Mariuş
Kaminski aclıq aksiyasına başlayıb.

Siyasətçinin bu barədə açıqlamasını “Polsat News” telekanalı yayımlayıb.

“Mən bir siyasi məhbus kimi, həbs olunduğum ilk gündən aclıq aksiyasına
başlayıram”, – deyə Kaminski bildirib.

Qeyd edək ki, Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Mariuş Kaminski
və onun müavini Maçey Vonsik Varşavada prezident sarayında polis tərəfindən
saxlanılıblar. Varşavada onlara dəstək məqsədilə nümayiş keçirilib.

11:32

Polşada böyük siyasi qalmaqal baş qaldırıb.

Polşa polisi prezident sarayına basqın edib və Polşanın keçmiş daxili işlər
naziri Mariuş Kaminski, həmçinin onun müavini Maçey Vonsik saxlanılıblar.

Kaminski və Vonsikin saraya Polşa Prezidenti Andjey Dudanın dəvəti ilə
gəldikləri bildirilir.

Qeyd edək ki, 2015-ci ildə Mariuş Kaminski və Maçey Vonsikə qarşı vəzifə
səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb və hər biri iki il
müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, lakin sonra Andjey Duda
onları əfv edib.

Hazırkı Polşa hökuməti Dudanın bunu etməyə haqqı olmadığını bəyan edib, ona
görə də iş 2023-cü ilin dekabrında yenidən açılıb.

Varşavada Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri və onun müavininin
saxlanması ilə bağlı mitinq keçirilib.

Mənbə: “Sputnik” “Belarus”


Source link