Polşanın Tatrı dağlarına ildırım düşməsi nəticəsində dörd nəfər ölüb, 30-a yaxın yaralanıb.
RBK xəbər verir ki, avqustun 22-də Tatrı dağlarında gözlənilmədən güclü tufan qalxıb.
Xilasedicilərin sözlərinə görə, ildırımı Qevont dağının zirvəsindəki metal xaç yaxud dəmir troslar cəzb edib. Nəticədə 4 nəfər ölüb, onlarla insan yaralanıb.
Polşa prezidenti Anjey Duda hlak olanların ailələrinə baş sağlığı verib.
Hadisə yerində xilasetmə işləri davam etdirilir.