Polşalı fermerlər Ukrayna ilə sərhəddə yenidən etiraz aksiyalarına başlayıblar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Polşalı fermerlər Ukrayna ilə sərhəddə iki keçid məntəqəsində etiraz
aksiyalarını bərpa ediblər.
Məlumata görə, fermerlər Ukraynanın kənd təsərrüfatı məhsullarının tədarükünə
etiraz edirlər. Medık və Korçova keçid məntəqələrində etiraz aksiyası bərpa
olunub. Etirazçılar hər saatda bir yük maşını buraxmağı planlaşdırırlar.
Maşınlar və avtobuslar sərbəst keçə bilər.
“Biz daim hökumətlə danışıqları gözləyirik. Yasenkada hakimiyyətlə imzalanmış
müqavilələr yerinə yetirilmir”, – deyə etirazın təşkilatçılarından biri Roman
Kondruv bildirib.
O əlavə edib ki, fermerlər taxıl üçün əlavə ödənişlərlə bağlı vəd edilmiş
sərəncamı gözləyirlər.
Qeyd edək ki, bundan əvvəl fermerlər aprelin 4-də bütün Polşada Seym
deputatlarının ofislərini və evlərini bağlamaqla hədələyirdilər. Onlar
narazılıqlarının əsas səbəbi kimi hökumətin onların tələblərinə cavab
verməməsini göstərirdilər.
Mənbə: Gazeta.ru