9d3d16ca-4e4e-4c1c-9e30-3bf6a39fcbc3..jpg

Polşanın baş naziri kəşfiyyat xidmətinin rəhbərlərini istefaya göndərməyi təklif edib

Baxış sayı: 503 dəfə baxılıb.

Polşanın baş naziri kəşfiyyat xidmətinin rəhbərlərini istefaya göndərməyi
təklif edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın yeni Baş naziri Donald Tusk müvafiq parlament komissiyasına ölkənin
beş kəşfiyyat orqanının rəhbərlərinin istefaya göndərilməsi ilə bağlı təklif
göndərib.

Bu barədə Polşanın yerli radiostansiyası məlumat yayıb.

Verilən məlumata görə, söhbət Kəşfiyyat İdarəsi (AW), Daxili Təhlükəsizlik
İdarəsi (ABW), Hərbi Kəşfiyyat Xidməti (SWW), Hərbi Əks Kəşfiyyat Xidməti (SKW)
və Mərkəzi Korrupsiyaya qarşı Büronun (CBA) rəhbərlərinin istefasından gedir.

Qeyd olunur ki, komissiya bu məsələ ilə bağlı müsbət nəticə çıxarıb.

Xatırladaq ki, qərar həm də ölkə prezidenti və hökumət kollegiyası tərəfindən
təsdiqlənməlidir.

Mənbə: TASS

Source link