ABŞ-ın yeni dövlət katibinin adı məlum olub.
ÇıxışYolu.Com xəbər verir ki, ABŞ Konqresinin senatı keçmiş Mərkəzi kəşfiyyat idarəsinin rəhbəri Mayk Pompeonun dövlət katibi postuna təyinatını təsdiqləyib.
Pompeonun lehinə 57 senator, əleyhinə 42 senator səs verib. Yalnız bir konqresmen bitərəf qalmağa üstünlük verib.
Andiçmə mərasimindən sonra Pompeonun rəsmən yeni vəzifəsinin icrasına başlayacağı bildirilir.
Qeyd edək ki, Pompeonun dövlət katibi vəzifəsinə namizədliyi ikinci cəhddən sonra qəbul olunub.