ABŞ-ın qarşıdakı illərdə ən əsas rəqibi Çindir.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu ABŞ Konqresində dinləmələr zamanı Birləşmiş Ştatların Dövlət katibi Mayk Pompeo bəyan edib.
O vurğulayıb ki, bəlkə də bu rəqabət qarşıdakı 10 ili əhatə edəcək.
Dövlət katibinin sözlərinə əsasən, administrasiya bu problemə kompleks cavab verilməsinin zəruriliyini tam anlayır.
“Yalnız ABŞ deyil, bütün Qərb Çinin inkişafına çox ləng cavab verdi. Düşünürəm ki, bu, anlaşılır. Lakin buna hərətərfli cavab verə biləcək strukturun mövcudluğuna inanmıram”, – Pompeo deyib.
Qeyd edək ki, Donlad Trampın Çindən idxala tətəbiq etdiyi bəzi məhdudiyyətlər ABŞ-la Çin arasında münasibətlərin gərginləşməsinə səbəb olub.